Məşhur futbolçu ilə vida mərasimi keçirilib
01 Dekabr 2010 Çərşənbə 16:45
Mərasim "Ostankino" telekanalının 5-ci studiyasında təşkil edilib
Bu gün bütün Rusiya SSRİ-nin ən məşhur futbolçularından olan Vladimir Maslaçenko ilə vidalaşır. Maslaçenko ilə vida mərasimi “Ostankino” telekanalının 5-ci studiyasında təşkil edilib. Maslaçenko ilə vidalaşmaq istəyənlər səhər 10:00-dan etibarən “Ostankino”ya üz tutmağa başlayıb.

Mərhumla vidalaşanlar arasında Valeri Nepomnyaşiy, Yevgeni Lovçev, Georgi Yartsev, Oleq Romantsev, Boris Mayorov, Vladimir Qomelski kimi tanınmış simalar da yer alıb. Zalda mikrofon quraşdırılıb və Vladimir Maslaçenkonun həmkarı Vasili Utkin iştirakçılara mərhumla bağlı xatirələrini danışmağı təklif edib. Bundan sonra tədbir iştirakçıları mərhumla bağlı xatirələrini bölüşüb.

Xatırladaq ki, Vladimir Maslaçenko noyabrın 28-də 74 yaşında dünyasını dəyişib. O, SSRİ dönəmində “Spartak”ın (Moskva) qapısını qoruyub. Futbolçu karyerasını başa vurduqdan sonra “NTV +” telekanalında futbol şərhçisi kimi fəaliyyət göstərib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar