Məşhur futbolçu həyat yoldaşını saatlarla döyüb
03 Avqust 2011 Çərşənbə 11:18
Ayşə Özdəmir Öndər Turacıdan ayrılmaq qərarına gəlib
Türkiyənin məşhur futbolçusu Öndər Turacı ötən ilin mart ayında gözlənilmədən ailə həyatı qurduğu Ayşə Özdəmirlə ayrılır. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ayşə Özdəmir həyat yoldaşının onun müğənni İsmayıl YK ilə əlaqəsinin olduğunu güman edərək saatlarla döydüyünü iddia edib. Ayşə Özdəmir Öndər Turacı ilə problemlərinin hələ nişanlı olduqları dönəmdə olduğu da bildirib.
“O, həmişə mən Öndər Turacıyam deyə lovğalanırdı. Nişan xərclərini belə anamın üzərini yıxmışdı. Aramızda ən böyük problem isə İstanbulda bir oteldə yaşanıb. Səhər saat 06:00-da İsmayıl YK-nın “İstərim seni” mahnısını dinləyirdim. O, İsmayıl YK ilə aramızda nə isə olduğunu zənn edərək məni döyməyə başladı. Saat 11:00-dək kötək yedim. O, bir şozefrenikdir”,- deyə Ayşə Özdəmir bildirib.
Xatırladaq ki, Ayşə Özdəmir Belçikada gözəllik yarışmasının iştirakçısı olub. ÖndərTuracı isə Ayşəni televiziya ekranında görərək sevib, sonradan isə “Facebook” sosial şəbəkəsində onunla tanış olub.
DOSTLARINLA PAYLAŞ: