Məşhur futbolçu həbs edildi
22 Oktyabr 2010 Cümə 17:05
Məşhur futbolçu Pol Qaskoynun üzərindən narkotik maddə aşkar edilib.
İngiltərə yığma komandasının sabiq futbolçusu Pol Qaskoyn həbs edilib. The Daily Telegraph-ın məlumatına görə, futbolçunun saxlanılmasına səbəb onun üzərində narkotik maddə aşkar edilməsi olub. Üstəlik, Pol Qaskoyna sərxoş vəziyyətdə avtomobil idarə etmə ittihamı da irəli sürülə bilər.

Xatırladaq ki, Pol Qaskoyn 90-cı illərdə İngiltərə futbolunun yetişdirdiyi ən istedadlı futbolçulardan biri olsa da o, spirtli içki aludəçisidir. Futbolçu bu aludəçiliyinə görə dəfələrlə iş yerlərindən qovulub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar