Məşhur futbolçu əkiz qız atası oldu
29 Aprel 2010 Cümə Axşamı 10:45
Bu səbəbdən Timoşuk ÇL-nın yarıfinal oyununda iştirak edə bilməyib.
Ukrayna yığma komandasının üzvü Anatoli Timoşukun əkiz qızı doğulub. Bu səbəbdən futbolçu “Bavariya” klubunun heyətində çərşənbə axşamı Fransada Çempionlar Liqasının 1/2 final mərhələsi çərçivəsində “Lion”la keçirilən qarşılaşmada iştirak edə bilməmişdi.

Körpələr altı aylıq dünyaya gəldikləri və çəkiləri normadan az olduqları üçün həkimlər onları həyarda saxlamaq uğrunda mübarizə aparırlar.

Xatırladaq ki, Anatoli Timoşukun iştirak etmədiyi matçda “Bavariya” Fransanın “Lion” klubuna 3:0 hesabı ilə qalib gələrək Çempionlar Liqasının finalına vəsiqə qazanmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar