Məşhur boksçular cəngəllikdə döyüşəcəklər
30 Dekabr 2009 Çərşənbə 12:00
Devid Heylə Vitali Kliçko arasında qarşılaşma Qabonda baş tuta bilər
WBO versiyası üzrə ağır çəkidə Dünya çempionu tituluna sahib olan ingilis Devid Hey növbəti döyüşünü cəngəllikdə keçirmək fikrindədir. Boksçu ukraynalı Vitali Kliçko ilə qarşılaşmanın Qabonda (Africa Gabon) keçirilməsi təklifi ilə çıxış edib.

Devid Heyin sözlərinə görə, onun məsləhətçiləri artıq Qabonun prezidenti ilə danışıqlara başlayıblar.

Xatırladaq ki, 1974-cü ildə Məhəmməd Əli və Corc Formen arasındakı məşhur döyüş Zairin paytaxtı Kinşasa şəhərinin yaxınlığındakı cəngəllikdə keçirilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar