Məşhur atletin qəribə seçimi
25 Aprel 2010 Bazar 19:40
Yamaykalı Useyn Bolt mundialda Argentinaya azarkeşlik edəcək.
Üçqat Olimpiya çempionu Useyn Bolt bu il CAR-da keçiriləcək Dünya çempionatında azarkeşlik edəcəyi komandanın adını açıqlayıb. Belə ki, yamaykalı çempion Argentina yığmasının uğur qazanmasını arzulayacaq. “Argentinaya azarkeşlik edəcəm. Məncə, onlara yarımmüdafiənin mərkəzinə yeni güclü futbolçu lazımdır. Bu halda Argentina bütün oyunlarda meydançanın mərkəzinə dominantlıq edə bilər. Amma turnirin favoritləri kimi İspaniya və Braziliyanın adını çəkə bilərəm”, - deyə o bildirib.

Xatırladaq ki, Yamayka yığması DÇ-yə vəsiqə əldə etməyib. Useyn Boltun məhz Argentinaya azarkeşlik etməsi də ilk baxışdan qəribə görünə bilər. Hər halda, 1998-ci ildə Fransada keçirilən DÇ-də məhz Diyeqo Maradonanın indi rəhbərlik etdiyi komanda Yamaykanı 5:0 hesabı ilə məğlubiyyətə uğratmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar