Məşhəddə azərbaycanlı liderlik edir
22 Fevral 2010 Bazar Ertəsi 16:25
Məşhəddə azərbaycanlı Azər Mirzəyev liderlər sırasında yer alır
İranın Məşhəd şəhərində keçirilən beynəlxalq şahmat turniri davam edir. Yarışda artıq 3 tur arxada qalıb. Turnirdə Azərbaycanı təmsil edən Azər Mirzəyev 3 xalla liderlər sırasında yer alır. Azər Mirzəyevlə yanaşı daha 19 idmançı eyni miqdarda xal toplayıb.

Azərbaycan şahmatçılarından ikinci ən yaxşı nəticə göstərən Fərid Abbasov isə 2 xala malikdir. 11 turdan ibarət turnirdə 200 idmançı mübarizə aparır.

Yarışa fevralın 28-də yekun vurulacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar