Meşe çaqqalsız olmaz
29 May 2013 Çərşənbə 05:03
AFFA-nın prezidenti ölkə Kubokunun final matçında baş verənlərə münasibət bildirib.
“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”. ANS PRESS-in “Lent.az”a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasındakı final matçı barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. R. Abdullayev “Xəzər Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib.

AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər”.

O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar