Mərakeşli futbolçu xoşbəxtdir
24 Dekabr 2010 Cümə 23:05
Zohair Benouahi: "Çalışacam ki, gələn il daha da yaxşı nəticə göstərim"
"İlk öncə mənə səs verən hər kəsə - media nümayəndələrinə, həmçinin klubların baş məşqçi və kapitanlarına minnətdarlığımı bildirirəm. Noyabr ayının ən yaxşı futbolçusu seçildiyim üçün çox xoşbəxtəm”. Bunu Unibank Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu nominasiyasında qalib gələn AZAL klubunun mərakeşli futbolçusu Zohair Benouahi mükafatlandırma mərasimindəki çıxışı zamanı deyib.

“Klub rəhbərliyinə və bütün komandamıza dəstəyə görə təşəkkür edirəm. Çalışacam ki, gələn il daha da yaxşı nəticə göstərim və ilin futbolçusu seçilim. Azərbaycan çempionatı bu il daha da inkişaf edib, artıq çempionatda zəif komanda qalmayıb. Hər bir komanda qalib gəlmək üçün sonadək mübarizə aparır. Ümid edirəm ki, mənim çıxış etdiyim AZAL komandası da "ilk altılığa" vəsiqə qazanaraq mövsümü mükafatçılar sırasında bitirəcək", - deyə mərakeşli futbolçu əlavə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar