Məmmədyarov olimpiya çempionunu mat qoydu
11 Noyabr 2010 Cümə Axşamı 23:45
Şahmatçımız rəqibini 49-cu gedişdə təslim edib.
Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bu gün VI turun oyunları keçirilib. Moskvada təşkil olunan yarışda həmyerlimiz Şəhriyar Məmmədyarov ukraynalı Pavel Elyanovla qarşılaşıb. Şahmatçımız olimpiya çempionuna qarşı ağ fiqurlarla oynayıb. Bu üstünlükdən istifadə edən Şəhriyar 49-cu gedişdə rəqibini təslim edib.
VI tur
Aleksey Şirov (İspaniya, 2735) - Levon Aronyan (Ermənistan, 2801) - 0,5:0,5
Sergey Karyakin (Rusiya, 2760) - Aleksandr Qrişuk (Rusiya, 2771) - 0,5:0,5
Hikaru Nakamura (ABŞ, 2741) - Van Xao (Çin, 2727) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2763) - Pavel Elyanov (Ukrayna, 2742) - 1:0
Boris Gelfand (İsrail, 2741) - Vladimir Kramnik (Rusiya, 2791) - 0,5:0,5
Turnir cədvəli: Мəmmədyarov, Aronyan - 4 xal; Van Xao, Qrişuk, Karyakin, Nakamura - –3,5; Kramnik - 3; Gelfand - 2; Elyanov, Şirov - 1,5. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: