Məktəbli qızlar üçün seleksiya xarakterli məşq keçirilib
21 İyul 2010 Çərşənbə 20:55
Milli komandanın baş məşqçisi gənc qızların oyununu izləyib.
Bu gün Səbail rayonundakı 190 saylı orta məktəbdə məktəbli qızların seleksiya xarakterli məşqi və yoxlama oyunu keçirilib. 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt məşq prosesini izləyib.

"Bü gün biz məktəbli qızların məşq prosesini və oyununu izlədik. Qızların həvəslə futbol oynadıqlarının şahidi olduq. Məktəblərdə belə məşqlər müntəzəm keçirilsə, qadın futbolunun inkişafına müsbət təsir edər",-deyə almaniyalı mütəxəssis bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar