Məktəbli boksçular vətənə 9 medalla dönüblər
27 İyul 2010 Çərşənbə Axşamı 23:20
Yığma komandamız qitə ikincisi olub.
Bolqarıstanın Yanbol şəhərində keçirilmiş məktəblilərin boks üzrə Avropa birinciliyinə yekun vurulub. Bu yarışda iştirak etmiş 13 boksçumuzdan 9-u vətənə medalla dönüb.
Məktəblilərimizdən 2-si qızıl, 3-ü gümüş, 4-ü isə bürünc medal qazanıb. Ümumilikdə 20 ölkədən gəlmiş 200-ə yaxın idmançının mübarizə apardığı yarışda ilk qızıl medalı aşağı çəkidə çıxış etmiş Araz Gülməmmədov qazandırıb.
Yığmamızın aktivinə digər qızıl medalı isə çəkisi 76 kq-dan artıq olan idmançılar arasında Məhəmmədəli Tahirov yazdırıb.
Həmyerlilərimizdən Elmir Şəfizadə, Xəyyam Məmmədov və İman Əhmədli yalnız final döyüşündə uduzaraq 2-ciliklə kifayətləniblər. Bürünc medallar isə Rahid Həbibzadə, Məsud Yusifzədə, Tural Hüseynov və Şamil Əliyevə qismət olub.
Məktəblilər və yeniyetmələrdən ibarət yığma komandaya Rasim Məmmədov baş məşqçilik edir.
Qeyd edək ki, bu uğur yığmamızın ümumi hesabda ikinci yeri tutması ilə nəticələnib. Məktəblilərdən ibarət boks yığmamız qitə çempionatında təkcə Rusiyadan geri qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: