Meksikada voleybol oyunu qanlı bitdi: 8 ölü, 7 yaralı
06 Noyabr 2011 Bazar 04:17
Naməlum şəxslər oyun zamanı ətrafdakılara atəş açmağa başlayıblar.
Meksikanın Kulyakan şəhərindəki parklardan birində voleybol oyunu zamanı cinayətkarlar atəş açmağa başlayıblar. Hadisə nəticəsində 8 nəfər ölüb, 7 adam yaralanıb.

Hüquq-mühafizə orqanları nümayəndələrinin sözlərinə görə, cinayətkarları iki nəfər müşayiət edib. Kimlərə atəş açmaq lazım olduğunu da onlar göstəriblər. “Cinayətkarlar kimi öldürməyin lazım olduğunu çox gözəl bilirdilər”, - Kulyakanın paytaxtı olduğu Sinaloa ştatının prokuroru bildirib.

Hüquq-mühafizə orqanları cinayətin motivlərini rəsmən açıqlamayıblar. Lakin Sinaloada ştatın adını daşıyan kartel yerləşir. Hadisələ Meksikada fəaliyyət göstərən cinayətkar qruplaşmalar arasındakı münaqişənin səbəb olduğu güman edilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar