Meksika ABŞ-ı əfv etmədi
26 İyun 2011 Bazar 19:44
KONKAKAF Qızıl Kubokunun yeni sahibi müəyyən olunub.
Şimali və Mərkəzi Amerika, habelə Karib hövzəsi ölkələrinin daxil olduğu futbol konfederasiyasının (KONKAKAF) Qızıl Kubok final oyunu başa çatıb. Gərgin və maraqlı keçən qarşılaşmada Meksika ilə ABŞ yığmaları üz-üzə gəlib.
Bu oyunda hesabı amerikalılar açıb. 8-ci dəqiqədə ABŞ millisinin baş məşqçisinin oğlu Maykl Bredli fərqlənib. Sonra Lendon Donovan komandasının ikinci qolunu vurub. Lakin ABŞ yığmasının sevinci çox çəkməyib. Donovanın vurduğu qoldan 6 dəqiqə sonra Meksika Barreranın qolu ilə hesab arasındakı fərqi azaldıb. Birinci hissənin sonuna yaxın isə Quardado hesabı bərabərləşdirib.
İkinci hissədə Barrera bir daha fəqlənib. Maraqlıdır ki, dubla imza atan Barreraya ötürməni məhz Quardado edib. Sonuncu qolu isə İspaniyanın “Rasinq” klubunda çıxış edən Covanni Dos Santos vurub. Beləliklə oyun 4:2 hesabı ilə Meksikanın xeyrinə başa çatıb.
Xatırladaq ki, KONKAKAF kubokunun öncəki sahibi də Meksika millisi idi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: