Mehriban Əliyeva məşhur italiyalı dizaynerlə görüşüb
27 Fevral 2012 Bazar Ertəsi 19:25
Görüşdə London Yay Olimpiya Oyunlarında çıxış edəcək millimizin idman formalarının dizaynı ilə bağlı müzakirə aparılıb.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məşhur italiyalı dizayner, “Ermanno Şervino” şirkətinin baş icraçı direktoru Toni Şervino ilə görüşüb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə bu il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının idman formalarının dizaynı və quruluşu ilə bağlı müzakirə aparılıb.
Mehriban Əliyeva Toni Şervinoya tövsiyələrini verərək bildirib ki, bu formalar öz üslubu ilə Azərbaycanın milli koloritini və naxışlarını, dövlət atributlarımızı, bayrağımızdakı rəngləri əks etdirməlidir.
Görüşə görə minnətdarlığını bildirən qonaq qeyd edib ki, Azərbaycanın olimpiya komandasının formasının ən yüksək standartlara uyğun hazırlanması ilə bağlı əlindən gələni əsirgəməyəcək və bu işi rəhbərlik etdiyi mütəxəssislərlə birgə yüksək səviyyədə icra edəcək.
DOSTLARINLA PAYLAŞ: