Mehmet Yıldız futbol karyerasını bitirə bilər
31 Oktyabr 2009 Şənbə 14:05
“Sivassopr” klubunun forvardı Mehmet Yıldız dizindəki zədə səbəbiylə karyerasını bitirə bilər.
Türkiyənin “Sivasspor” futbol klubunun mətbuat xidmətinin rəhbəri Fikrət Ünsal mövsümün əvvəlində dizindən əməliyyat keçirən Mehmet Yıldızın futbol karyerasını başa vura biləcəyini bildirib. “Əfsuslar olsun ki, Mehmet Yıldızın vəziyyəti kritikdir. Futbolçunu müalicə olunmaq üçün Almaniyaya göndərmişik. Onun yaşıl meyadanlara qayıtması üçün son ümidimiz bu ölkədir”-deyə Fikrət Ünsal bildirib. “Sivasspor”un rəsmisi türk həkimlərin səriştəsizliyi ucbatından Mehmet Yıldızın zədəsinin daha da ağırlaşdığını qeyd edib. O, Almaniyada çox təcrübəli bir həkim tapdıqlarını bildirib. “Bizim son ümidimiz bu həkimdir. İnşallah həmin həkim Mehmet Yıldızın dərdinə əlac edər”-deyə “Sivassopr” klubunun mətbuat xidmətinin rəhbəri vurğulayıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar