Mehman Allahverdiyevin arzusu ürəyində qaldı
21 Avqust 2011 Bazar 20:08
"Kəpəz" Gəncədə "Qarabağ"ı məğlub edə bilməyib.
Bu gün Premyer Liqanın III turuna yekun vurulacaq. Artıq bir oyun başa çatıb. Gəncədə keçirilən qarşılaşmada Ağdamın “Qarabağ” klubu yerli “Kəpəz”lə üz-üzə gəlib. Meydan sahiblərinin baş məşqçisi Mehman Allahverdiyevin “Qarabağ” üzərində qələbə qazanmaq istəyinə rəğmən, oyun qonaqların qələbəsi ilə başa çatıb – 1:2. Bu matçda “Kəpəz” Dmitri Parxaçov (53), “Qarabağ”dan isə Georgi Adamiya (8) və Rauf Əliyev (12) fərqlənib.

Turun son matçında isə çempion “Neftçi” turnir cədvəlində axırıncı yerdə qərarlaşan “Sumqayıt Şəhər”i qəbul edəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar