Məhkumlar “Neftçi” ilə yarışdı
26 Aprel 2011 Çərşənbə Axşamı 15:21
Yarışma 9 saylı cəzaçəkmə müəssisəsində baş tutub
Bu gün Bakıda yerləşən 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar ilə “Neftçi” futbol klubunun veteranlarından ibarət komandası arasında matç keçirilib. ANS PRESS-in məlumatına görə, oyunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev, Mili Olimpia Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə, eləcə də, Bakı şəhər Baş İdman İdarəsindən nümayəndələri izləyib.

Oyun boyu çoxsəyli cəhdlərə baxmayaraq, məhkumlar veteranlara məğlub olub. 3:2 hesablı qalibiyyət sevincini yaşayan veteranlara sonda Mədət Quliyev və Çingiz Hüseynzadə kubok mükafatı təqdim edib. Daha sonra həm məhkumlara, həm də veteran futbolçulara top hədiyyə edilib.

Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında belə yarışların tez-tez keçiriləcəyini bildirib.

“Biz bu tip yarışları daha çox keçirəcəyik. Bundan əvvəl də tennis, şahmat kimi yarışlar keçirtmişik. Hər bir müəssisəyə uyğun olaraq müxtəlif yarışlar keçiriləcək”, - deyə Çingiz Hüseynzadə vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar