Məhəmmədrəsul Məcidov Olimpiadada rəqibini nokdauna saldı
01 Avqust 2012 Çərşənbə 20:11
Məhəmmədrəsul Məcidov asanlıqla 1/4 finala yüksəlib.
Bu gün London Olimpiadasında Azərbaycan boksçuları ilk döyüşlərini yekunlaşdıracaq. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvlərindən ilk olaraq mübarizəyə ən ağır çəkili idmançımız Məhəmmədrəsul Məcidov (+91 kq) başlayıb. Dünya çempionumuz konqolu Meji Muanbanı rinqə dəvət edib.
1/8 final mərhələsində baş tutan döyüşdə təmsilçimiz rəqibini Londona gəlməsinə peşman edib. O, ilk raundda Mejini öncə nokdauna salıb, ardınca 8:1 hesablı qələbə qazanıb.
İkinci hissə isə sonuncu olub. Belə ki, Məcidovun dəqiq və güclü zərbələri qarşısında tab gətirməyən konqolunun bu raundda 2 dəfə nokdauna düşməsi hakimin döyüşü vaxtından əvvəl saxlaması ilə nəticələnib. Boksçumuz isə qalib elan olunaraq, asanlıqla 1/4 finala yüksəlib.
DOSTLARINLA PAYLAŞ: