Məhəmmədrəsul Məcidov London Olimpiadasının yarımfinalına vəsiqə qazanıb
07 Avqust 2012 Çərşənbə Axşamı 03:03
Bu gün London Olimpiadasında Azərbaycan ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) növbəti döyüşünə çıxıb.
İlk raund 4:4 hesabı ilə bitib.
İkinci raunda isə boksçumuz 7:6 hesabında cəmi bir xalla geri qalıb.
Üçüncü raundda isə M. Məcidov 7:3 qalib gəlib.
Ümumilikdə o, 17:14 hesabı ilə qalib gəlib.
Bununla da o, ən azı London Olimpiadasının bürünc medalını təmin edib.
Qeyd edək ki, daha bir boksçumuz Teymur Məmmədov (91 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edib.
DOSTLARINLA PAYLAŞ: