Məhəmməd Səidov gümüş medal qazandı
20 May 2010 Cümə Axşamı 10:30
Məhəmməd Səidov Valensiyada uğurla çıxış edib.
İspaniyanın Valensiya şəhərində 17 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa çempionatına start verilib. Qitə birinciliyində Azərbaycanı 9 idmançı təmsil edir.

Komandamızın üzvlərindən yarışa birinci 56 kq çəki dərəcəsində Məhəmməd Səidov qatılıb. O, ikinövçülüyün nəticələrinə görə 190 kq ağırlıq qaldıraraq gümüş medala sahib çıxıb.

Digər atletimiz Elxan Əliquluzadə (56 kq) ikinövçülüyün ümumi nəticələrinə görə, 217 kq ağırlıq qaldıraraq 5-ci yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar