Məğlubedilməz döyüşçü uduzdu
12 İyul 2010 Bazar Ertəsi 10:45
Fyodr Yemelyanenko 10 ildə ilk dəfə rinqi məğlub tərk etdi.
On il ardıcıl olaraq məğlub olmayan qaydasız döyüş ustası, dünya çempionu Fyodor Yemelyanenko uduzub. Əfsanəvi rusiyalı idmançı braziliyalı qaydasız döyüş ustası Fabrisio Verduma məğlub olub.

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində baş tutan döyüş ilk raundda başa çatıb. “İmperator” ləqəbli Yemelyanenko rəqibinin arıdıcı fəndi qarşısında əlini yerə döyərək təslim olduğunu bildirib. Bu iki idmançı arasında revanş matçının baş tutacağı gözlənilir.

Xatırladaq ki, Fyodr Yemelyanenko sambo idman növü ilə məşğul olur. İdmançının qardaşları Aleksandr və İvan Yemelyanenkolar da dünyada tanınmış idmançılardır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar