Məğlubedilməz çempion həbs edildi
18 Dekabr 2010 Şənbə 10:05
Peşəkar boksçu Floyd Meyvezer Las-Veqasda saxlanılıb
Amerikalı peşəkar boksçu Floyd Meyvezer Las-Veqas şəhərində saxlanılıb. Müztəlif vaxtlarda 5 çəki dərəcəsində Dünya çempioluğuna sahib olmuş boksçu mühafizə xidmətinin əməkdaşına hücum etməkdə ittiham edilir.

Mühafizəçi bildirib ki, boksçu avtomobilini düzgün park etmədiyinə görə, ona irad tutub. Əvəzində isə Floyd Meyvezer onun üzünə zərbə vurub. Əgər peşəkar boksçunun günahı sübuta yetirilsə onu 1000 dollar məbləğində cərimə və 6 ay azadlıqdan məhrumedilmə cəzası gözləyə bilər.

Xatırladaq ki, 33 yaşlı məğlubedilməz peşəkar boksçu Floyd Meyvezer yarımorta çəki dərəcəsində çıxış edib. O, ikinci yarımgüngül (WBC, 1998-2001), yüngül (WBC, 2002-2003), birinci yarımorta (WBC, 2005), yarımorta (IBF, 2006; WBC versiyası üzrə 2006 - 2007)və birinci orta (WBC, 2007) çəki dərəcələrində çempion adını qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar