Mbo Mpenza: “Bakı və “Neftçi” çox dəyişib”
21 Aprel 2011 Cümə Axşamı 11:05
Futbolçu “Neftçi” klubunun bazasına baş çəkib
Dünya futbolunun daha bir ulduzu Bakıya gəlib. Belçika yığmasının yaxın keçmişdəki ulduzlarından biri, vaxtı ilə Türkiyənin “Qalatasaray” klubunun formasını geymiş Mbo Mpenza şəhərimizdədir. Futbolçu kiçik qardaşı Emil Mpenzanın formasını geyindiyi “Neftçi” klubunun bazasında olaraq komandanın hazırlığını izləyib. Sonuncu dəfə 5 il əvvəl ölkəmizdə olduğunu söyləyən Mbo ANS-ə eksklüziv müsahibəsində bu illər ərzində bir çox sahələrdə, o cümlədən Azərbaycan futbolunda da böyük dəyişikliklərin olduğunu deyib.

“Çempionlar Liqasında “Anderlext”in “Neftçi”yə qarşı görüşündə və yığma komanda ilə Bakıda olmuşam. Ötən 5 il ərzində həm Bakı, həm də “Neftçi” çox dəyişib. Klubda peşəkarlıq artıb. Avropaya çıxış “Neftçi”yə heyəti gücləndirməkdə çox kömək edib. Elə mənim qardaşım Emilin gəlişi bir nümunədir. O bura çempion olmaq üçün gəlib. “Neftçi”nin bu transferi digər komandalar üçün çox böyük şans yaradır”, - deyə Mbo Mpenza bildirib.

Xatırladaq ki, Mbo Mpenza karyerası ərzində Portuqaliyanın Lissabon şəhərini təmsil edən “Sportinq” klubunun formasını geyinməyə də macal tapıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar