Mayk Tayson Həccə gedir
05 İyul 2010 Bazar Ertəsi 11:05
Boksçu Mayk Tayson müqəddəs məkanları ziyarət edəcək.
Peşəkar boks üzrə sabiq dünya çempionu əfsanəvi Mayk Tayson Həcc ziyarətinə yollanır. Tayson Səudiyyə Ərəbistanın müqəddəs Məkkə və Mədinə şəhərləri ilə yanaşı digər məkanları da ziyarət edəcək.

Xatırladaq ki, Tayson 90-cı illərin əvvələrində həbsxanada olarkən islamı qəbul etmişdi. Onun həbsxanaya düşməsinə səbəb isə qadın zorlaması olmuşdu. Törətdiyi hadisəyə görə, çempion 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar