Mayk Tayson Gürcüstana gəlir
10 Yanvar 2011 Bazar Ertəsi 12:30
Boksçu Mayk Tayson Roy Consla birlikdə Tiflisdə reytinq döyüşlərini izləyəcək.
Gürcüstanın peşəkar boksçusu Avtandil Xurtsidze növbəti döyüşünü Tiflisin İdman sarayında keçirəcək. 12 mart tarixində baş tutacaq döyüşdə gürcü boksçunun rəqibi dominikanlı döyüşçü Covani Loratsi olacaq.

“Elite Boxing Promotion” şirkətinin yaydığı məlumata görə, 12 mart tarixində Tiflisdə 7 reytinq döyüşləri baş tutacaq. Gecəyə xüsusi qonaqlar qismində əfsanəvi amerikalı peşəkar boksçular Mayk Tayson və Roy Consonun da gələcəkləri gözlənilir.

Gürcüstanın idman və gənclər işi üzrə naziri Lado Vardzelaşvili də Taysonun Tiflisə gələcəyini təqsiqləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar