Mayk Tayson cinsini dəyişib?
13 Dekabr 2012 Cümə Axşamı 16:12
Afrika ölkələrinin bəzi mətbuat orqanları Britaniya saytlarının "zarafat toru"na düşüb.
Məşhur boksçu Mayk Tayson cinsini dəyişir. Bu barədə Afrika ölkələrinin bəzi mətbuat orqanları məlumat yayıb. Araşdırmadan sonra bəlli olub ki, sən demə, afrikalı jurnalistlər britaniyalı həmkarlarını düzgün başa düşməyib.

Belə ki, bəzi Britaniya saytlarında zarafatyana çempionun 16 saatlıq əməliyyatla cinsini dəyişdiyi, adını isə Mişel qoyduğu qeyd edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar