Matteus Foqtsla "kişi söhbəti" edəcək?
01 May 2011 Bazar 17:35
Bolqarıstan yığması avqustun 10-da Azərbaycanla qarşılaşa bilər
Azərbaycan milli komandası avqustun 10-da keçiriləcək yoldaşlıq oyununda Bolqarıstanla qarşılaşa bilər. FİFA-nın yığmaların oyunları üçün nəzərdə tutduğu həmin tarixdə qarşılaşmaq üçün 2 ölkənin federasiyası arasında danışıqla gedir.

Belə ki, əfsanəvi alman futbolçu Lotar Matteusun baş məşqçisi olduğu balkanlılar Azərbaycan, Çin, Belarus və Qazaxıstan variantları üzərində baş sındırır. Avqustun 10-u üçün rəqib axtaran bolqarıstanlıların məhz AFFA ilə razılıq əldə edəcəyi halda bu əfsanəvi almaniyalılar – Lotar Matteusla Berti Foqtsun dueli olacaq.

Qeyd edək ki, yığmamızın baş məşqçisi olan Foqtsla sabiq tələbəsinin münasibətləri yaxşı deyil. Matteus bir müddət onu milliyə çağırmayan, xüsusilə də qızıl medalların qazanıldığı Avro-1996-nun final mərhələsindən kənar qoyan Almaniya yığmasının sabiq çalışdırıcısı olmuş Foqtsdan incik qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar