Marsel Yansen də Azərbaycan millisinə qarşı oynaya bilməyəcək
05 Sentyabr 2010 Bazar 02:45
Almaniyalı yarımmüdafiəçi Marsel Yansen dizindən zədə alıb.
Almaniya millisinin və “Hamburq” klubunun yarımmüdafiəçisi Marsel Yansen Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı oyunda iştirak edə bilməyəcək. O, dizindən zədə alıb.

Marsel Yansen Belçika ilə oyunda zədələnib və fasilədə başqa oyunçu ilə əvəz edilib. Yaxın vaxtlarda lnun zədəsinin xarakteri barədə məlumat veriləcək. Almaniya millisinin baş məşqçisi Yoahim Lövün onun Marsel Yansenin əvəzinə milliyə başqa oyunçu dəvət etməyəcəyi gözlənilir.

Xatırladaq ki, “Bayer” futbol klubu və Almaniya millisinin yarımmüdafiəçisi Mixael Ballak da Azərbaycan yığmasına qarşı oynamayacaq. Almaniya çempionatında “Bayer”lə “Borrusiya” arasındakı qarşılaşmadan sonra Almaniya millisinin baş məşqçisi Yoahim Löv bəyan edib ki, 33 yaşlı Ballak optimal formadan uzaqdır. Məşqçinin fikrincə, o, hazırkı mərhələdə milliyə kömək edə bilməz.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycan milliləri sentyabrın 7-də Kölndə qarşılaşacaqlar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar