“Marsel” “Spartak”ı darmadağın etdi
24 Noyabr 2010 Çərşənbə 01:35
Moskva klubunun 1/8 final ümidləri “Lujniki”də puç oldu
Moskvanın “Spartak” klubu Çempionlar Liqasının 5-ci turu çərçivəsində öz meydanında “Marsel”ə böyük hesabla məğlub olub. “Lujniki” stadionundakı qarşılaşma 0:3 hesabı ilə başa çatıb.

Oyundakı olları Matye Valbuen, Loik Remi və Brandao vurub. 64-cü dəqiqədə oyunun hakimi Volfqanq Ştark Spartakın hücumçusu Velliatonu meydandan qovub və “Spartak”ın vəziyyəti daha da pisləşib.

Bu məğlubiyyətdən sonra “Spartak” F qrupunda üçüncü yeri tutub və klubun 1/8 final mərhələsinə çıxmaq ümidləri puç olub. Moskva klubu Çempionlar Liqasının hazırkı mövsümündəki çıxışını dekabrın 8-də səfərdə Slovakiyanın “Jilina” komandası ilə qarşılaşma ilə yekunlaşdıracaq.




DOSTLARINLA PAYLAŞ:

oyunlar