Rusiyanın “MOİK” klubu “Çelsi”yə transfer etdiyi futbolçusu Yuri Jirkova əvəz tapıb. “ANS PRESS”in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu İspaniyanın “Betis” klubunun və Çili yığma komandasının oyunçusu Marko Qonsalesdir. 25 yaşlı çilili futbolçu üçün Rusiya klubunun “Betis”ə 6,5 milyon avro ödədiyi bildirilir. Buna qədər isə Marko Qonsales “Albasete”, “Real Sosyedad” və “Liverpul” kimi klublarda forma geyinib.
Mark Qonsales İspaniyada keçirdiyi 2 mövsüm ərzində “Betis”in heyətində 44 oyunda meydana çıxıb və 10 qola imza atıb. Qonsalesi transfer etmək üçün Türkiyənin “Fənərbağça” və Yunanıstanın “Olimpiakos” klubları da cəhd göstərirdilər.
Ancaq sonda Çili yığmasının futbolçusu Rusiya klubunda oynamağa üstünlük verib. /ANS PRESS/