Mariya Stadnik London Olimpiadasının gümüş medalını qazanıb
08 Avqust 2012 Çərşənbə 23:30
Azərbaycanın qadın güləşçisi (48 kq) Mariya Stadnik London Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
APA-nın verdiyi xəbərə görə, Mariya Stadnik final qarşılaşmasında yaponiyalı Hitomi Obaraya 2:3 məğlub olub.
Apasport.az saytının məlumatına görə, güləşçimiz yarımfinala gedən yolda polşalı İvona Matkovska ilə qarşılaşıb. Görüşün ilk saniyələrindən təşəbbüsə yiyələnən dünya və Avropa çempionumuz ilk 2 dəqiqədə rəqibindən 2 xal alıb. Gözəl fiziki formada olan Stadnik ikinci hissəni də əla keçirib və 4:1 hesabi ilə qələbə qazanaraq, 1/2 finala çıxıb.
Yarımfinalda Stadnik Pekin Olimpiadasının bürünc mükafatçısı, ukraynalı İrina Merleni ilə üz-üzə gəlib. Güləşçimiz rəqibinə heç bir şans verməyib. İlk saniyələr kəşfiyyat xarakteri daşısa da, Mariya Merlininin zəif nöqtələrini tez tapıb.
Birinci hissədə 1:0 hesabı ilə qələbə qazanan idmançımız növbəti hissədə 3 xala sevinib və finala yüksəlib.
DOSTLARINLA PAYLAŞ: