Mariya Şarapova soyadını deyişir
20 Avqust 2013 Çərşənbə Axşamı 10:35
Raketka ustası soyadının Sugarpova olması üçün Florida Ali Mehkemesinə müraciet edib.
Dünyanın üçüncü raketka ustası Mariya Şarapova Florida Ali Məhkəməsinə soyadının dəyişdiriməsi ilə bağlı müraciət edib. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə “The Times” məlumat yayıb.

US Open açıq turnirində tennisçi Mariya Sugarpova kimi çıxış etmək niyyətindədir. Bu soyad isə (ingilis dilində sugar-qənd mənasındadır) raketka ustasının öz şəxsi brendi olan “Sugarpova” konfetləri ilə əlaqədardır.

US Open turnirinin avqustun 26-da start götürəcəyi planlaşdırılır. Hətta Florida Ali Məhkəməsi Şarapovanın soyadını təsdiq etsə belə Şarapova turnirin təşkilatçılarının da xüsusi icazəsini almalıdır.

Xatırladaq ki, US Open turniri bitəndən sonra rusiyalı tennisçi yenidən öz əvvəlki soyadı ilə çıxış etmək niyyətindədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar