Marina Miletiç karyerasını Azərbaycanda davam etdirəcək
20 Yanvar 2011 Cümə Axşamı 11:35
“Rabitə” voleybol klubu Marina Miletiçi heyətinə qatıb.
Qadın voleybolçulardan ibarət “Rabitə” klubu heyətini bir qədər də gücləndirib. Son Azərbaycan çempionu olan klub Xorvatiya yığma komandasının üzvü Marina Miletiçi heyətinə qatıb.

ANS PRESS-in “Azerivolley.com” saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı 180 sm boya malik xorvat idmançı “Rabitə”yə Rusiyanın “Dinamo” (Yantar) klubundan transfer olunub.

“”Dinamo”da hazırda zədəli voleybolçular çoxdur. Ancaq mənim klubdan ayrılmağımdan sonra bu klubda problem yaranacağını güman etmirəm. Azərbaycana işçi vizam mövcuddur. Buna görə də bu ölkəyə getməyimdə problem yaranmayacaq.Yeni klubumda debüt etməyimi səbirsizliklə gözləyirəm”, - deyə Miletiç bildirib.

Xatırladaq ki, Marina Miletiç karyerası ərzində “Kann”, “Vukovar”, “Rijeka” və başqa klubların formasını geyinib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar