Marçello Lippi “Anji”də?
08 Oktyabr 2011 Şənbə 18:37
İtaliyalı futbol mütəxəssisinin Mahaçqalaya gələcəyi gözlənilir
Mahaçqalanın "Anji" futbol klubu yenidən bütün nəzərləri öz üzərinə çəkib. Rusiya KİV-ləri Mahaçqala təmsilçinin Marçello Lippi ilə danışılara başladığı haqda məlumat yayıb.

Verilən məlumatlara görə, hətta klub rəsmilərinin 63 yaşlı italyan mütəxəssislə müqavilənin ilkin detallarını müzakirə etdiyi iddia edilir.

Öz növbəsində isə Lippi Şərqi Avropa ölkələrindən birində çalışmaqda maraqlı olduğunu açıqlayıb. Hazırda İngiltərə millisinin baş məşqçisi olan Marçello Lippinin AVRO-2012-nin seçmə mərhələsinin başa çatmasından sonra tutduğu vəzifədən gedəcəyi gözlənilir. Lakin “Anji” rəhbərliyi bu məlumatı təsdiq etməyib.

Qeyd edək ki, İngiltərə millisi AVRO-2012-yə vəsiqəni təmin edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar