Maradonaya saat lazımdı
13 Mart 2010 Şənbə 21:20
Məşhur futbolçu Maradona gecikmək ənənəsinə sadiq qalıb
Dünyanın ən məşhur idman geyimi brendlərindən olan “Louis Vuitton” kataloq çəkilişlərini təxirə salmaq məcburiyyətində qalıb. Buna səbəb isə Argentina milli yığmasına rəhbərlik edən Dieqo Maradona olub.

Zinəddin Zidan və Pele kimi futbol ulduzlarının iştirak etməli olduğu çəkilişə dəvət olunan Maradona nə az, nə çox 4 saat yarım gecikib. Nəticədə təşkilatçılar çəkilişi təxirə salmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, Dieqo Maradona bir qayda olaraq əksər görüşlərə gecikməsi ilə məşhurdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar