Maradonaya heykəl ucaldılacaq?
07 İyul 2010 Çərşənbə 16:55
Argentina parlamentinin deputatı maraqlı təkliflə çıxış edib.
Argentina yığma komandasının baş məşqçisi Diyeqo Maradonanın şərəfinə abidə ucaldıla bilər. Bu təkliflə Argentina parlamentinin deputatı Xuan Kabandi çıxış edib.

“O, Argentina mədəniyyətinin populyar fiqurlarından biridir. Onun çalışdırdığı yığma mundialda Almaniya seçməsinə biabırçı məğlub olsa da, argentinalılar yenə onu sevirlər”, - deyə Xuan Kabandi bildirib.

Xatırladaq ki, Dünya Çempionatı-2010-nun 1/4 final mərhələsində Almaniya yığma komandasına 0:4 hesabı ilə uduzan Argentina kollektivinin üzvləri vətənində qəhrəman kimi qarşılanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar