Maradonanın sırğaları hərraca çıxarıldı
    12 Yanvar 2010 Çərşənbə Axşamı 17:30
    Maradonanın sırğaları hərraca çıxarıldı. Onun ilkin qiyməti 4 min avrodur.
    
                	 
    
         İtaliya hökuməti Dieqo Maradonanın brilyant sırğalarını hərraca çıxaracaq. Bu yolla bu dövlətin vergi polisi Dieqo Maradonanın borclu olduğu vergilərin bir qismini dövlət büdcəsinə qaytara biləcək. 
Futbolçunun sırğalarının qiymətinin 4 min avro olduğu bildirilir. 
Xatırladaq ki, Dieqo Maradonanın 80-ci illərdə "Napoli"nin heyətində meydana çıxmasından sonra 36 milyon avro məbləğində vergi borcu yığılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: