Maradona yenə gündəmə gəldi
25 Noyabr 2010 Cümə Axşamı 17:10
Məşqçinin "Boka Xuniors"a təyinat alacağı bildirilir
Argentinalı futbol əfsanəsi Diyeqo Maradona “Boka Xuniors” klubunu çalışdıra bilər. Bu məlumatı “Boka Xuniors” klubunun sahibi Xorxe Amor Ameal verib. Klub sahibi “Boka Xuniors”u böhrandan yalnız Diyeqo Maradonanın çıxara biləcəyini güman etdiyini bildirib.

Xatırladaq ki, “Boka Xuniors” Argentina çempionatında geridə qalmış 15 turdan sonra aktivinə cəmi 20 xal yazdıra bilib. Buenos-Ayres təmsilçisi turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar