Maradona yekun qərar verdi
27 İyul 2010 Çərşənbə Axşamı 11:25
Baş məşqçi Maradona Argentina yığmasında işini davam etdirməkdən imtina edib.
Argentina yığma komandasının hazırki baş məşqçisi Dieqo Maradona öz vəzifəsini icra etməkdən imtina edib. Maradona yığma komandadan getmək istədiyi haqda Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Xulio Qrondonoya məlumat verib.

Dieqo Maradonanın öz postundan ayrılmasına səbəb kimi onun öz köməkçiləri ilə işləmək istəməsi, AFA rəhbəri Xulio Qrondononun isə buna razı olmaması bildirilir.

Xatırladaq ki, Dieqo Maradona 2008-ci ildən Argentina yığmasını çalışdırır. Yığma baş məşqçinin rəhbərliyi altında Dünya Çempionatı-2010-da ¼ finaladək irəliləmişdi. Həmin mərhələdə Argentina yığma komandası Almaniyaya 0:4 hesabı ilə uduzmuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar