Maradona və Fiqu Ramzan Kadırovla üz-üzə gələcək
03 May 2011 Çərşənbə Axşamı 14:54
Dünya şöhrətli futbolçular Maradona və Fiqu Qroznıda Əhməd-Hacı Kadırov adına stadionun açılış mərasiminə qatılacaq.
Çeçenistanın Qroznı şəhərində Əhməd-Hacı Kadırov adına stadionun təntənəli açılış mərasimi olacaq. ANS PRESS-in Ramzan Kadırovun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 11-də baş tutacaq açılış mərasimində yoldaşlıq oyunun keçirilməsi də planlaşdırılır. Yoldaşlıq görüşünün təşkili üçün “Daqmara treydinq” və “Jestisokker Sadl” şirkətləri ilə müqavilə imzalanıb.

Yoldaşlıq matçında Diyeqo Maradona, Alen Boqosyan, Franko Barezi, Alessandro Kostakurta, Luiş Fiqu, Manuel Mmoros, Roberto Ayala, Robbi Fauler, Enzo Françeskoli, Jan Pyer Papen, Kristian Vieri, İvan Samarano, Fabyen Bartez və başqa dünya şöhrətli veteran futbolçular iştirak edəcək.

Adıçəkilən futbolçuların dünya yığmasının heyətinə daxil ediləcəyi bildirilir. Dünya yığmasına qarşı isə başda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov olmaq şərti ilə ən tanınmış rusiyalı futbolçular oynayacaq. Qeyd edək ki, Əhməd-Hacı Kadırov adına stadion 30 min tamaşaçı tutumuna malikdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar