Maradona Ronaldoya heyvan deyib
06 Mart 2013 Çərşənbə 07:34
Argentinalı keçmiş futbol ulduzu Maradona bunu müsbət mənada deyib.
Çempionlar Liqasında İspaniyanın “Real” klubu ilə “Mançester Yunayted” qarşılaşmasını izləyən argentinalı keçmiş futbol ulduzu Dieqo Armando Maradona portuqaliyalı futbol ulduzu Ronaldoya qeyri-adi şəkildə kompliment deyib. İspaniyanın “Marca” qəzetinə müsahibə verən Maradona hisslərini, “o heyvandır” sözü ilə ifadə edib. Qarşılaşmaya portuqaliyalı futbolçunun dəvəti ilə tamaşa edən argentinalı futbol ustası Ronaldonun Messidən dəfələrlə üstün olduğunu da vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar