Maradona qərarını verdi
21 İyul 2010 Çərşənbə 12:45
Argentinalı futbol əfsanəsi Maradona razılıq verib.
Argentina yığma komandasının baş məşqçisi Dieqo Maradona öz postunda daha dörd il qalmağa razılıq verib. Baş məşqçi Argentina Futbol Assosiasiyasının rəhbəri (AFA) Xulio Qrondono ilə 15 dəqiqəlik telefon danışığında öz qərarını bildirib.

Xulio Qrondono bu məlumatı jurnalistlərlə görüşündə verib. Maradona ilə AFA arasında müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

Xatırladaq ki, Dieqo Maradonanın çalışdırdığı Argentina seçmə komandası Dünya Çempionatı-2010-da 1/4 final mərhələsinədək irəliləmişdi. Bu mərhələdə Argentina seçmə komandası Almaniyaya 0:4 hesabı ilə uduzmuşdu. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar