Maradona: Pele xəstədir
03 Dekabr 2011 Şənbə 20:14
İki canlı əfsanə arasında söz dueli daha da kəskinləşib
Dünyanın iki gənc futbolçusu yenidən dünyanın iki canlı əfsanəsini üz-üzə qoydu. ANS PRESS-in məlmatına görə, Pele və Maradonanın Neymar-Messi mübahisəsi yenidən qızışıb. Buna səbəb Pelenin İspaniyanın "Marka" qəzetinə verdiyi müsahibəsində həmyerlisi Neymarı Messidən daha yaxşı futbolçu olduğunu deməsi olub.

Maradona isə öz növbəsində Peleni sərt şəkildə tənqid edib. O, onu xəstə adlandırıb: "Pele səhv dərman içir. Səhər qəbul etməli olduğu dərmanı axşam, axşam içməli olduğunu isə səhər içir. O, nə dediyini bilmir".

O, Peleni həkimini dəyişdirməyi və gələn dəfə danışmazdan əvvəl doğru dərmanı qəbul etməyi məsləhət görüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar