Maradona öz avtomobili ilə fotoqrafı vurdu
20 May 2010 Cümə Axşamı 17:20
Məşqçinin maşını onun ayağı üzərindən keçib.
Futbol üzrə Argentina yığma komandasının baş məşqçisi idarə etdiyi avtomobili ilə fotoqrafın ayağı üzərindən keçib. Hadisə Maradonanın Argentina yığma komandasının 2010-cu il dünya çempionatına aparacağı heyəti açıqlamaq üçün gəldiyi mətbuat mərkəzinin qarşısında baş verib.

Maradona fotoqrafın ayağı üzərindən keçdikdən dərhal sonra başını avtomobilin şüşəsindən çıxararaq fotoqrafı təhqir etməyə başlayıb. Fotoqrafa elə hadisə yerindəcə tibbi yardım ediblər. Onun vəziyyəti haqqında məlumat verilmir.

Xatırladaq ki, Maradona media mənsubları ilə yola getməməkdə ad çıxarıb. O, bir müddət əvvəl mətbuat konfranslarının birində jurnalistləri insan saymadığını qeyd edərək böyük qalmaqala səbəb olmuşdu. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar