Maradona ilə Pelenin söz dueli davam edir
03 Dekabr 2011 Şənbə 02:07
Maradona Peleyə həkimini dəyişdirməyi və düzgün dərmanları udmağı məsləhət görüb.
Dünya futbolunun əfsanəsi hesab olunan ən yaxşı iki futbolçu – braziliyalı Pele ilə argentinalı Maradona arasında söz dueli yenidən başlayıb. Maradona “Sao Paulo” oyunçusu braziliyalı Neymarı müdafiə edən, onun argentinalı Messidən yaxşı oynadığını deyən Peleni tənqid edib: “Pele yanlış dərmanlar qəbul edir. Səhər dərmanını axşam, axşam dərmanını isə səhər udur. Nə dediyini bilmir”.

Maradona Peleyə həkimini dəyişdirməyi və düzgün dərmanları udmağı məsləhət görüb.

Qeyd edək ki, Pele İspaniyanın “Marca” qəzetinə verdiyi müsahibədə, “İki futbolçunu fərdi olaraq müqayisə etsək Neymar Messidən daha yaxşıdır. Sağda da, solda da oynaya bilir. Fövqəladə futbolçudur. Fərdi olaraq ən yaxşı odur” – demişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar