Maradona avtomobil qəzasına düşüb
12 İyul 2011 Çərşənbə Axşamı 10:42
Ayağından xəsarət alan futbol əfsanəsi Maradona xəstəxanaya yerləşdirilib.
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentinanın Buenos-Ayres şəhəri yaxınlığında avtomobil qəzasına düşüb. ANS PRESS-in RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Maradona hadisə nəticəsindən ayağından xəsarət alıb və yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Avtomobildə olan Maradonanın vətəndaş nikahında yaşadığı Veronika Oxeda da yüngül xəsarət alıb. “Maradona və Oxedanın vəziyyətləri yaxşı hesab edilir. Onların həyati təhlükəsi yoxdur”, - deyə Eseyse hospitalının direktoru Oskar Siko bildirib.

Xatırladaq ki, Dieqo Maradona 2000-ci ildə də avtomobil qəzasına düşmüşdü. Kubanın Havana şəhərində qeydə alınan qəza zamanı futbol əfsanəsi sol ayağından xəsarət almışdı. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar