Maradona: "Avropalılar yaxşı oynamır, çünki..."
21 İyun 2010 Bazar Ertəsi 17:20
Baş məşqçi Maradona Avropa və Amerika komandalarını müqayisə edib.
Argentina milli yığmasının baş məşqçisi Dieqo Maradona hazırkı dünya çempionatında Cənubi Amerika komandalarının indiyə qədər Avropa millilərindən yaxşı oyun göstərməsinin səbəbini açıqlayıb. Maradona hesab edir ki, Cənubi Amerikada keçirilən seçmə mərhələsində komandalar daha gərgin mübarizə apardığından, mundialda da bu komandaların oyunu daha yaxşı alınır.

Keçmiş futbolçu qrup mərhələsi ilə bağlı da proqnoz verib. Onun sözlərinə görə, İspaniya və İtaliya kimi komandalar hər şeyə rəğmən qrup mərhələsini adlaya biləcəklər.

Baş məşqçi iyunun 22-də Yunanıstanla keçiriləcək matça çıxaracağı əsas heyətdə Lionel Messi və Sebastian Verona oynamaq imkanı verəcəcyini bildirib. Karlos tevez, Qonzalo İquain və Xavyer Maskerano isə ehtiyat oyunçular arasında yer alacaq.

Argentina baş məşqçisi əzəli rəqibləri Braziliyanın da mundialın ilk iki matçında bir o qədər də uğurlu çıxış etmədiyini, lakin turnirin favoritlərindən biri olduğunu qeyd edib.

İlk iki qarşılaşmada Nigeriya və Cənubi Koreyanı məğlub edən Argentina altı xalla “B” qrupuna liderlik edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar