Maradona: "Avropa futbolu ölüb"
25 İyun 2010 Cümə 16:25
Argentina yığmasının baş məşqçisi Maradona mundialdan danışıb.
Argentina yığma komandasının baş məşqçisi Diyeqo Maradona hazırda Cənubi Amerika futbolunun inkişaf etdiyini, Avropa futbolunun isə böhranda olduğunu bildirib. Maradona Dünya Çempionatı 2010-u sehr edərək belə qərara gəldiyini vurğulayıb.

Diyeqo Armando mundialın finalında Argentina və Braziliya komandaları görüşərlərsə, bu finalın ideal oyun olacağını düşündüyünü bildirib. Baş məşqçinin fikrincə, belə final “Cənubi Amerika futbolunun triumfu” anlamına gələcək.

Xatırladaq ki, Maradonanın yetirmələri artıq mundialın 1/8 final mərhələsinə vəsiqəni özləri üçün təmin ediblər. Argentina yığması Meksika komandası ilə qarşılaşacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar