Maradona 2 ay futboldan uzaq qalacaq
16 Noyabr 2009 Bazar Ertəsi 22:50
FİFA Argentina yığmasının baş məşqçisi Maradona nı cəzalandırıb
Futbol üzrə Argentina yığma komandasının baş məşqçisi, əfsanəvi Diyeqo Maradona FİFA tərəfindən iki ay müddətinə diskvalifikasiya edilib. Qeyd edək ki, Uruqvay üzərindəki qələbədən sonra məşhur futbolçu emosiyalarını saxlaya bilməyərək jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədib.
Diskvalifikasiyadan əlavə Maradona 25 min İsveç frankı həcmində cərimə ödəməli olacaq.
Xatırladaq ki, Uruqvay üzərindəki qələbə ilə Argentina CAR-da təşkil olunacaq Dünya çempionatına vəsiqə qazanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: